“Nvidia” şirkətinin baş direktoru istefa verib

Dünya

12.11.2026 - 23:28

Huanq prezident, baş direktor və Direktorlar Şurasının üzvü vəzifəsindən istefa verib

Süni intellekt sənayesinin ən böyük şirkətlərindən biri olan “Nvidia”nın baş direktoru Jensen Huanq istefa verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə şirkətin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Huanq prezident, baş direktor və Direktorlar Şurasının üzvü vəzifəsindən istefa verib. Şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor vəzifəsini icra edəcək.

Şirkətin açıqlamasında Huanqın istefasının səbəbi göstərilməyib. Lakin son günlərdə o, ABŞ hakimiyyəti tərəfindən Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən bir qadınla yaxın münasibətlərinin üzə çıxmasından sonra özünü qalmaqalın mərkəzində tapıb. Huanq həyat yoldaşına xəyanət etdiyini etiraf edib.

Bir gün əvvəl Huanqın tabeliyində olan şəxslə bağlı daha bir münasibət üzə çıxıb. Qalmaqal şirkətin səhm qiymətinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub. “Nvidia” şirkətinin baş direktorunun yaxın günlərdə istefası gözlənilirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş