Onlar Suriyanın Raqqa və Şəddadi şəhərlərində PKK/YPG dəstələrinə qoşulacaqlar
ABŞ Suriyada yerli ərəblərdən təşkil olunan 700 nəfərə təlim keçməyə başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ həmin 700 nəfəri PKK/YPG terror təşkilatının sıralarına daxil etməyə hazırlaşır.
Yerli mənbələrə görə, ABŞ-ın İŞİD-ə qarşı mübarizə aparmaq bəhanəsi ilə hazırladığı həmin dəstə, əslində PKK-nın nəzarətinə veriləcək. Bundan əlavə, ABŞ-ın hazırda YPG/PKK-ya maddi-texniki və təlim dəstəyi verməkdə davam edir.
Qeyd olunur ki, ABŞ təlimçilərinin yetişdirdiyi həmin 700 silahlı Suriyanın Raqqa və Şəddadi şəhərlərində PKK/YPG dəstələrinə qoşulacaq.