Texasda iki helikopter toqquşub

Dünya

24.10.2019 - 05:26

ABŞ-da helikopter qəzasında 2 nəfər ölüb 

 

ABŞ-ın Texas ştatında iki yüngülmühərrikli “Robinson R22” helikopteri havada toqquşub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb. Ölənlərin hər ikisi eyni helikopterdə olub.

 

İnsident San Antonio şəhərindən 240 km məsafədə baş verib.

 

Qəzanın səbəbləri məlum deyil. ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma aparır.

 

Müəllif: Ayna.az