Rusiya vətəndaşı Qəzzada xəstəxanada cərrah olaraq işləyirmiş
İsrail Müdafiə Qüvvələrinin (İMQ) 12 noyabrda Qəzza zolağındakı xəstəxanaya endirdiyi raket zərbəsi nəticəsində bir Rusiya vətəndaşı həlak olub. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstindəki Rusiya missiyasının mətbuat katibi Yuliya Ovsyannikova bildirib.
Diplomat deyib ki, "12 noyabrda İsrailin Qəzza zolağındakı Xan Yunis şəhərindəki Nasser tibb kompleksinə endirdiyi hava hücumu nəticəsində Rusiya vətəndaşlığına malik bir nəfər həlak olub".
Onun sözlərinə görə, mərhum "cərrah kimi peşəkar fəaliyyətini həyata keçirirdi" və zərbə zamanı iş yerində olub.
Bundan əvvəl Türkiyə və digər 14 ölkənin xarici işlər nazirlikləri Böyük Britaniya və Avstraliyanın İsrailə qarşı məhdudlaşdırıcı tədbirlərini alqışlayan birgə bəyanat yaymışdılar . Sənəddə həmçinin Londonun Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olan qurumlara məhdudiyyətlər tətbiq etmək qərarı da dəstəklənib.