Baltik dənizi üzərində ABŞ-a məxsus kəşfiyyat təyyarəsi müşahidə edilib

Dünya

24.11.2026 - 16:39

"Boeing RC-135U Combat Sent” elektron kəşfiyyat təyyarəsi Baltikyanı ölkələr və Finlandiyanın hava məkanında müşahidə edilib

Bu gün səhər Baltikyanı ölkələr və Finlandiya üzərində Amerika elektron kəşfiyyat təyyarəsi müşahidə edilib. AYNA.AZ xəbər verir ki, bu barədə TASS hava nəqliyyatının idarə olunmasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, "Boeing RC-135U Combat Sent” elektron kəşfiyyat təyyarəsi bu səhər tezdən Baltikyanı ölkələr və Finlandiyanın hava məkanında müşahidə edilib.

Hazırda dünyada bu modifikasiyadan yalnız iki təyyarənin mövcud olduğu qeyd olunub. Təyyarənin Baltikyanı ölkələrə Mildenhalldakı Britaniya hərbi bazasından gəldiyi dəqiqləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş