Sabah Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək

Dünya

24.11.2026 - 13:35

Debat "Paata Burçuladze işi və Gürcü Arzusu rejimi altında siyasi məhbuslar" adlı qətnamə üzrə baş tutacaq

Noyabrın 25-də Avropa Parlamentində "Paata Burçuladze işi və Gürcü Arzusu rejimi altında siyasi məhbuslar" adlı qətnamə layihəsi üzrə debat keçiriləcək.

AYNA.AZ xəbər verir ki, Avropa Parlamentinin saytında yerləşdirilən məlumata görə, debat noyabrın 25-də Strasburqda, yerli vaxtla saat 18:30-dan sonra keçiriləcək.

Parlamentdə qətnamə layihəsi üzrə səsvermə də planlaşdırılır.

"Paata Burçuladze işi və Gürcü Arzusu rejimi altında siyasi məhbuslar" adlı qətnamə layihəsi üzrə səsvermə noyabrın 26-da keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş