15 yaşlı Eren Bülbül Trabzonun Maçka kəndində şəhid olub
2017-ci ilin avqust ayında Trabzonda polislə terrorçular arasında baş verən atışmada şəhid olan 15 yaşlı Eren Bülbülün yaşam və ölüm hekayəsi 2 ildir ki, Türkiyədə milyonların ürəyini sızladır. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, 2016-cı ildə atasını itirən Eren kasıb bir ailənin övladı olub. Bülbül ailəsinin 12 övladı tarlada, meşədə işləməklə ailəni dolandırıblar.
Ailə üzvləri işdə olarkən evə gələn Eren evdən un kisələrinin oğrulandığını görür. Oğruları güdmək üçün pusquda duran 15 yaşlı gənc oğruların əli silahlı, terror təşkilatına məxsus formalarda olduğunu görüncə polis çağırır. Polislər gələnə qədər oğruları güdməyə davam edir. Polislər gəldikdən sonra da terroçularla mübarizədə onlara köməyə başlayır. Terrorçulardan biri bunun fərqinə varınca Erenə atəş açır və gənc oğlan yerindəcə keçinir.
Ölümündən 2 ay əvvəl "Facebook" hesabında "Biri də çıxıb demir ki, yaxşı ki, varsan, Eren" deyə paylaşım edib. Ölümündən sonra bu paylaşım Türkiyədə milyonların hüznünə səbəb olub. 2 il ərzində gənc şəhidin bu sözlərinə çoxsaylı şeirlər, mahnılar, videoçarxlar, TV süjetləri həsr olunub.
Ötən günlərdə Türkiyənin məşhur "Türk Hava Yolları" şirkəti gənc sərnişinlərlə birlikdə Erenin şəhid olduğu Maçka kəndinə uçuş edib. Şəhidin xatirəsinə əbədiləşdirilən ilk uçuş "İyi ki, varsın Eren" şüarı ilə baş tutub.
AYNA həmin görüntüləri təqdim edir: