Cey Kleyton Ağ Evin Kibertəhlükəsizlik İdarəsinə müvəqqəti rəhbərlik edəcək

Dünya

23.11.2026 - 23:58

Senat Trampın namizədi Kirsten Devisi təsdiqləməsi qədər Kleyton bu vəzifəni icra edəcək

ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton Senatın keçmiş Pentaqon müşaviri Kirsten Devisi təsdiqləməsinə qədər Ağ Evin Kibertəhlükəsizlik İdarəsinin müvəqqəti rəhbəri vəzifəsini icra edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ağ Evə istinadən məlumat yayıb.

"Ağ Ev bazar ertəsi günü elan etdi ki, Senat Trampın namizədi Kirsten Devisi təsdiqləməsi qədər Kleyton bu vəzifəni icra edəcək", - deyə nəşr yazıb.

“Axios” bazar ertəsi günü mənbələrə istinadən Kleytonun təyinatı barədə məlumat yayıb.

Ötən həftə ABŞ Kibertəhlükəsizlik İdarəsinin direktoru Şon Kernkross son dövrlərdə baş verən fasilələr və kiberhücumlar barədə məlumatlar fonunda istefa verib. Tramp daha sonra Devisi bu vəzifəyə namizəd göstərib.

Amerika mediası həssas məlumatların ötürülməsi üçün istifadə edilən Milli Təhlükəsizlik Agentliyinin məxfi rabitə sisteminin bağlandığını bildirib. Bundan əvvəl ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) telekommunikasiya sistemlərində, eləcə də “Microsoft Corp” şirkətinin xidmətlərində böyük bir fasilə yaranmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş