Kürdəmirdə qəza: 4 nəfər xəsarət alıb

Hadisə

23.11.2026 - 17:53

Sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobili idarəetməni itirərək aşırıb

Kürdəmirdə yol qəzası olub.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, rayonunun Şilyan kəndi ərazisində Göyçay şəhər sakini, 2006-cı il təvəllüdlü Rəsul İsmayılovun idarə etdiyi "VAZ 2107" markalı avtomobili idarəetməni itirərək aşırıb.

Nəticədə sürücü və sərnişinləri- Göyçay şəhər sakinləri, 1993-cü il təvəllüdlü N.Məmmədov, 2002-ci il təvəllüdlü İ.Məmmədova və 2025-ci il təvəllüdlü L.Məmmədova xəsarət alıblar.

Fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş