Mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Ermənistanda yeni Konstitusiya layihəsi dərc edilib. Mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Sənəd 89 maddədən ibarətdir.
Sənəddə bildirilib ki, Konstitusiyanın məqsədi sabit, dinc və firavan həyatı təmin etmək və gələcək nəsillər üçün gələcək qurmaqdır.
Layihə sənədində deyilir: "Sülh xarici siyasətin prioritetidir. Bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin və sülhün təmin edilməsi xarici siyasətin əsasını təşkil edir".
Qeyd olunub ki, referenduma təqdim edilən Konstitusiya və ya Konstitusiya dəyişiklikləri referendum iştirakçılarının yarıdan çoxu, lakin referendumda səs vermək hüququ olan vətəndaşların ən azı üçdə biri lehinə səs verərsə, qəbul edilmiş hesab olunur.
Qeyd edək ki, bu, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması üçün son şərtidir.