Boliviyada prezident seçkilərinin nəticələri məlum oldu

Dünya

22.10.2019 - 06:48

Boliviyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib olub

 

Boliviyanın Seçki Komissiyası bazar günündən sonra ilk dəfə prezident seçkilərində səslərin hesablanması məlumatlarını yeniləyib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, səslərin 95,02%-nin hesablanmasından sonra hazırkı dövlət başçısı Evo Morales seçkilərdə liderlik edir.

 

Yenilənmiş məlumatlara əsasən, Morales 46,41% səs toplayıb. Seçkilərdə onun əsas rəqibi olmuş Karlos Mesaya isə seçicilərin 37,07%-i səs verib.

 

Beləliklə, Moralesin topladığı səs fərqi 9,34% təşkil edir. Ölkə qanunvericiliyinə görə, seçkilərin birinci turunda qalib gəlmək üçün, namizəd 50%-dən çox səs yığmalıdır. Namizəd rəqibindən 10 faiz artıq səs toplamaqla minimum 40% səs qazanmalıdır.

 

Müəllif: Ayna.az