Təbiət Rusiyaya divan tutur: Ölənlər və yüzdən çox yaralı var - <font color=red> VİDEO</font>

Dünya

30.06.2019 - 13:24

Təbii fəlakət nəticəsində 4.2 min insanın yaşadığı 1.7 min ev su altında qalıb

 

Rusiyanın İrkutsk vilayətində fövqəladə vəziyyət hökm sürür. AYNA RİA Novosti-yə istinadən xəbər verir ki, vilayətin 5 rayonunu (Tulunsk, Çunsk, Nijniudinsk, Tayşetsk, Ziminsk) sel və daşqın ağuşuna alıb.

 

Təbii fəlakət nəticəsində 4.2 min insanın yaşadığı 1.7 min ev su altında qalıb. 30 min nəfəri əhatə edəcək ərazidə elektrik enerjisi kəsilib.

Baş verən daşqınlar bir neçə nəfərin həyatına son qoyub, 100 nəfərdən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalar yerləşdirilib. Hazırda hadisə bölgəsinə humanitar yardımlar daşınır, təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına çalışılır.

Müəllif: Ayna.az