Hindistanda son 3 həftə ərzində 200-ə qədər insan dəhşətli istilərə görə həyatını itirib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, çox sayda insan ölkədəki istilər ucbatından səhətlərində yaranan problemlə bağlı həkimə müraciət edib. Bu şəxslərdən bir hissəsinin vəziyyətinin ağır olduğu bildirilir. Hindistanın bəzi bölgələrində termometr 50 dərəcəni göstərir.
Aidiyyəti qurumlar vətəndaşlara günün isti saatlarında çölə çıxmamağı tövsiyyə edir.
Xatırladaq ki, son 8 ildə Hindistanda isti havaların yaratdığı fəsadlara görə 6 mindən çox insan həyatını itirib.