“İctimaiyyət həddindən artıq təsirləndiyinə görə edam qərarı tez verildi”
İran Dövlət Televiziyası qətlə yetirilən imamla bağlı məlumat yayıb. AYNA xəbər verir ki, Fars əyalətində, cümə günü məscid imamını bıçaqlayıb öldürən Həmid Rza bu gün səhər saatlarında edam edilib.
“İctimaiyyət hadisədən həddindən artıq təsirləndiyinə görə, edam qərarı tez verildi”, - deyə Fars əyaləti Ədliyyə İdarəsinin rəhbəri Kazım Musəvi bildirib.
Qeyd edək ki, İranda cümə imamları ölkənin Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyinin bölgə təmsilçiləri sayılırlar.
Onu da əlavə edək ki, son zamanlar İranda ruhanilərə qarşı hücumların artmasına görə, narkotik, qətl, terror və təcavüz cinayətlərinə tətbiq edilən cəzalar arxa plana keçib.