Maduro BMT-nin iclasında iştirak etməyəcək

Dünya

13.09.2019 - 03:04

Nikolas Maduro: "Venesuelada qalıb sizinlə birgə işləyəcəyəm"

 

Venesuela Prezidenti Nikolas Maduro, bu il BMT Baş Assambleyasının iclasında iştirak etməyəcəyini, əvəzində vitse-prezident Delsi Rodriqezin Nyu-Yorka yola düşəcəyini söyləyib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bunu Maduro ictimaiyyət qarşısında çıxış edərkən deyib.

 

"Vitse-prezident Delsi Rodriqez və Xarici İşlər naziri bu il BMT Baş Assambleyasının iclasına gedəcəklər. Keçən il Nyu-Yorkda idim, bu il getməyəcəyəm, burada - Venesuelada qalıb sizinlə birgə işləyəcəyəm", - deyə Prezident vurğulayıb.

 

O əlavə edib ki, Rodriqes ABŞ-ın sanksiyalarına qarşı çıxan milyonlarla vətəndaşın imzaladığı məktubu BMT baş katibinə təqdim edəcək.

Müəllif: Ayna.az