İlham Əliyevin Vyetnama səfəri başa çatıb

Xəbərlər

21.11.2026 - 22:57

Prezidenti rəsmi şəxslər yola salıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.

AYNA.AZ xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola salıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş