“Hakimiyyətə gəlmək üçün Ermənistanı münaqişəyə, sonra isə müharibəyə sürüklədi, Yerabluru qurdu”
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın heç bir Ermənistan liderinin xalqın qarşısında bu qədər kobud davranışa yol vermədiyini bildirən bəyanatına cavab verib.
AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, Paşinyan “Facebook”da yazıb: “O, Ermənistanda jurnalistlərə qarşı zorakılıq ənənəsini başlatdı, çoxsaylı media qurumlarını bağladı. Hakimiyyəti dövründə iki-üç mətbuat konfransı keçirdi və jurnalistlərin hazırlıqsız 7-8 sualını cavablandırdı. Hakimiyyətə gəlmək üçün Ermənistanı münaqişəyə, sonra isə müharibəyə sürüklədi, Yerabluru qurdu. Ermənistan üçün fəlakətli mühacirətə təhrik etdi, Ermənistanı forposta çevirdi, Daxili İşlər Nazirliyini və Milli Təhlükəsizlik Xidmətini Serjik Sarkisyan üçün birləşdirdi, Robert Köçəryanı Ermənistanın Baş naziri təyin etdi, hakimiyyəti ona miras yolu ilə təhvil verdi və onun “andiçmə mərasimində” iştirak etdi. Ermənistanı siyasi sui-qəsdlər meydanına çevirdi, məsuliyyətdən qaçdı, Ermənistanda konstitusiya referendumunun və seçkilərinin nəticələrini saxtalaşdırmaq ənənəsini başlatdı. 1 mart 2008-ci il gecəsi dinc yatdı, Ktriç Nersisyanı qapıda qoydu, Yerabluru yaratdı. Robert Köçəryan, Serjik Sarkisyan və Ktriç Nersisyanla yenidən birləşən Levon Ter-Petrosyan daxili siyasi intriqa üçün sövdələşmə vasitəsinə çevrildi. Sonrasını özünüz davam edin”.