Donald Tramp: "Mən qərara gəldim ki, Kuba barəsində bu tədbirlərin 1 il artırılması ABŞ-ın milli maraqlarına cavab verir"
ABŞ prezidenti Donald Tramp Kuba ilə bağlı embarqonun müddətini uzadıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. AYNA-nın məlumatına görə, qeyd edilir ki, ABŞ prezidenti Kuba ilə bağlı qüvvədə olan ticarət embarqosunu 14 sentyabr 2020-ci ilə qədər artırmaq barədə qərar qəbul edib.
"Mən qərara gəldim ki, Kuba barəsində bu tədbirlərin 1 il artırılması ABŞ-ın milli maraqlarına cavab verir", - deyə bəyanatda bildirilir.