Təyyarə yaşayış evlərinin üstünə düşdü

Dünya

30.07.2019 - 05:34

10 nəfər ölüb

 

Pakistanda kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb. AYNA APA-ya istinadən xəbər verir ki, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhərində yaşayış məhəlləsinə düşüb.

 

Qəzadan sonra yanğın baş verib, yanğın bir neçə binanı bürüyüb. Ölənlərin hansının təyyarədə və ya yaşayış məhəlləsində olub-olmadığı məlum deyil. Hazırda polis araşdırma aparır.

Müəllif: Ayna.az