Avropa İttifaqından Venesuelaya növbəti sanksiya

Dünya

27.09.2019 - 17:58

Sanksiya siyahısına daxil olan venesuellalıların sayı 25 nəfərə çatıb

 

Avropa İttifaqı (Aİ) Venesuellanın 7 təhlükəsizlik və kəşfiyyat işçisini sanksiya siyahısına əlavə edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Aİ şurasından verilən məlumatda qeyd olunur ki, Venesuellanın 7 təhlükəsizlik rəsmisi artıq Avropada səyahət edə və fəaliyyət göstərə bilməyəcək.

 

Avropa İttifaqının bu qərarına əsasən, artıq sanksiya siyahısına daxil olan venesuellalıların sayı 25 nəfərə çatıb.

 

Qeyd edək ki, Aİ Venesuellada baş verən hadisələrə görə 2017-ci ildən bəri bu ölkədə sansksiayalara başlayıb.

Müəllif: Ayna.az