Hindistanda gəmi çevrilib, həlak olanlar var

Dünya

04.10.2019 - 05:26

Hindistanda gəminin çevrilməsi nəticəsində azı 7 nəfər həlak olub

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Qərbi Benqal ştatındakı Çançal şəhərində, Mahananda çayında baş verib. Hadisə zamanı 50-dən çox insan itkin düşüb.

"Hazırda 7 nəfərin meyiti tapılıb. Əllidən çox insan itkin düşüb", deyə ştatın qanunverici orqanının üzvlərindən biri bildirib.

Qeyd edilir ki, qəza zamanı gəmidə 70-dən çox insan olub. İlkin məlumata görə, qəzaya gəminin sərnişinlərlə normadan artıq doldurulması səbəb olub.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. 

Müəllif: Ayna.az