Tramp Boltonun yerinə 5 namizədin olduğunu bəyan etdi

Dünya

12.09.2019 - 03:49

 

Donald Tramp: “Çox bacarıqlı hesab etdiyim beş nəfər son üç ildə tanış olduğum yaxşı insanlardır”

 

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə beş namizədin olduğunu bəyan edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, onun sözlərinə görə, beş nəfər həqiqətən bu vəzifəni tutmaq istəyirlər.

 

“Çox bacarıqlı hesab etdiyim beş nəfər son üç ildə tanış olduğum yaxşı insanlardır” Tramp bildirib. O, əlavə edib ki, yeni müşavirin adı gələn həftə açıqlanacaq. 

Müəllif: Ayna.az