Rusiya senatoru jurnalistə hücum edib

Dünya

01.09.2019 - 02:27

Jurnalistlər senatordan İstintaq Komitəsinə ərizə yazıblar

 

Rusiyada Federasiya Şurasının İrkutsk vilayətindən üzvü Vyaçeslav Marxayev ona gizli qumarxana haqda sual verən jurnalistə hücum edib. AYNA Virtualaz.org-a istinadən xəbər verir ki, REN TV-nin çəkiliş qrupu Marxayevin seçicilərlə görüşündən sonra ona yaxınlaşıb. Ulan-Ude şəhərində gizli kazinonu himayə etməsi barədə dolaşan şaiyələr haqda soruşub.

 

Marxayev suala cavab vermək əvəzinə jurnalist Yevgeni Moqilyevskinin yaxasından yapışıb və onun mikrofon tutduğu əlini burmağa başlayıb. Senatorun köməkçiləri isə bu zaman telekanalın operatorunu itələyiblər, ona çəkiliş aparmağa mane olublar.

 

Nəticədə operator yıxılaraq xəsarət alıb, Moqilyevskinin isə əli burxulub. Jurnalistlər senatordan İstintaq Komitəsinə ərizə yazıblar.

Müəllif: Ayna.az