"Hizbullah"dan İrana teleqram: "Amerika geri çəkildi"

Dünya

15.08.2019 - 21:33

"İslam Respublikası rejimini heç kim devirə bilməz"

 

“Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah, İranın Xarici İşlər Naziri Cavad Zərifə təşkilatla bağlı teleqram göndərib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, məktubda “Həmrəyliyimizi və hörmətimizi sizə sonsuzdur. İran İslam Respublikasına həmişə dəstək verəcəyik" - deyə, qeyd olunur. 

 

Nəsrullah teleqramında onu da əlavə edib ki: “Amerikanın bu ədalətsiz və təcavüzkar müharibəsində həmişə bir olacağıq. Əbəs yerə deyildi ki, 2006-cı ilin bu günündə Amerika bizim müqavimətimiz qarşısında tab gətirə bilmədi və geri çəkildi. Hömətli nazir və dostum, İslam Respublikası rejimini heç kim devirə bilməz və buna cəhd edənlər heç vaxt nailiyyət və qələbə qzana bilmədi” – deyə, Nəsrullah məktubunda son olaraq qeyd edib.

Müəllif: Ayna.az