ABŞ-ın dövlət borcu rekord həddə çatdı

Dünya

02.11.2019 - 03:42

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-ın indiki borc problemləri 2007-2008-ci illərin maliyyə-iqtisadi böhrandan miras qalıb

 

ABŞ-ın dövlət borcu 23 trilyon dollara çataraq rekord həddə qədər artıb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar ölkənin Maliyyə Nazirliyinin hesabatında yer alıb.

 

Məlumata görə, sənəddə qeyd edilən rəqəm ölkənin dövlət borcunun cari vəziyyətini əks etdirir. ABŞ-ın indiki borc problemləri 2007-2008-ci illərin maliyyə-iqtisadi böhrandan miras qalıb.

 

ABŞ-ın dövlət borcu sabiq prezident Barak Obamanın 8 illik prezidentliyi dövründə 9 trilyon dollardan çox artıb. Qeyd edilir ki, Donald Trampın sələfinin prezidentliyi dövründə Birləşmiş Ştatların dövlət borcu 20 trilyon dollara çatıb.

 

Amerika iqtisadçıları bu rəqəmin 2026-cı ildə 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.

 

Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə 2 trilyon dollardan çox artıb.

 

Müəllif: Ayna.az