Türkiyə şəhid verdi

Dünya

11.10.2019 - 05:47

Türk ordusu şəhid verib 

 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı zamanı Türkiyə ordusunun bir hərbçisi şəhid olub.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hərbçilərlə terrorçu PKK/PYD və YPG qruplaşmalarının silahlıları arasında baş verən atışma nəticəsində üç əsgər yaralanıb. Nazirlik şəhid, çavuş Ahmet Topçunun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib. Hazırda əməliyyat davam edir. 

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 228 silahlısı məhv edilib.

 

Müəllif: Ayna.az