Tramp bu dəfə İranın dini lideri Xameneyini hədəf aldı

Dünya

25.06.2019 - 01:39

Tramp İrana qarşı sanksiyaları sərtləşdirib

 

ABŞ prezidenti Tramp Oval Ofisində təşkil olunmuş mətbuat konfransında İrana qarşı “sərt sanksiyalar” tətbiq etmək barədə fərman imzaladığını elan edib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Tramp İrana qarşı sanksiyaların ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulduğundan sonra sərtləşdirildiyini vurğulayıb.  Ancaq həmin sanksiyaların yalnız ABŞ-ın pilotsuz uçuş aparatının vurulmasına cavab olmadığını deyib.

 

D.Tramp həmin sanksiyaların İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyiə qarşı yönəldiyini bildirib.

 

Trampdan sonra ABŞ-ın Xarici İşlər naziri İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin də bu həftə ABŞ tərəfindən sanksiya siyahısına əlavə ediləcəyini söyləyib.

 

Qeyd edək ki, ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusu Hormozgan əyalətinə aid Kuhmubarek sahilində ABŞ Hava Qüvvələrinə məxsus “Global Hawk” tipi pilotsuz uçuş aparatını vurmuşdu.

 

Tramp isə cümə günü İrana qarşı hava hücumu əmrini verdiyini açıqlamışdı. Ancaq 150 min civarında iranlının ölə biləcəyini öyrəndikdən sonra hücum əmrini dayandırdığını söyləmişdi.

Müəllif: Ayna.az