Moskvada atışma: Yaralılar var

Dünya

07.08.2019 - 09:12

Mübahisə silahlı davaya çevrilib

 

Moskvanın cənubunda atışma olub. AYNA "qafqazinfo"-ya istinadən xəbər verir ki,  atışma zamanı 2 nəfər yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. Tərəflər arasında əvvəlcə mübahisə düşüb, daha sonra isə silahlı davaya çevrilib. Əsasən travmatik tapançadan atəş açılıb.

 

Polis hazırda insidenti törədənləri axtarır. Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ayna.az