Tramp ən varlı amerikalıların siyahısında 275-ci yerdə qərarlaşıb
ABŞ prezidenti Donald Tramp prezidentliyi dövründə “Forbes”in siyahısında 119 pillə geriləyib.
AYNA-nın xarici mətbuata istinadən məlumatına görə, son iki il ərzində amerikalı liderin sərvəti dəyişmir və 3,1 milyard dollar təşkil edir.
Beləliklə, Tramp ən varlı amerikalıların siyahısında 275-ci yerdə qərarlaşıb. O, il ərzində 16 pillə, ABŞ prezidenti olmadığı dövrdən indiyədək isə 119 pillə geriləyib.