Türk ordusu sərhədin 30 kilometr məsafəsinədək irəliləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Sülh bulağı" hərəkatının koordinasiya toplantısını keçirir. AYNA xəbər verir ki, toplantıda nazirlər və generallar iştirak edib.
Qeyd edək ki, ABŞ-la “Güvənli bölgə” anlaşmasından sonra Türkiyə bu gün Suriyanın şimalında “Sülh çeşməsi" hərəkatına başlayıb. Ərdoğanın təlimatı ilə başladılan hərəkatda hədəf PKK/YPG və İŞİD terrorçularıdır.
Artıq bir neçə hədəf vurulub. Türk ordusu sərhədin 30 kilometr məsafəsinədək irəliləyib.