ABŞ-da son 25 ilin ən güclü zəlzələsi baş verib

Dünya

06.07.2019 - 11:01

Həkimlər Klinikalar SEO Xidməti

Təbii fəlakət nəticəsində tikili və yollar dağılıb, bəzi binalarda çatlar əmələ gəlib, yaralılar var

ABŞ-ın Los-Anceles şəhərindən 193 kilometr şimalda Rixter cədvəli üzrə 7,1 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat yerləşdirilib.

 

Yeraltı təkanlar iyulun 5-i yerli vaxtla 20:19-da (Bakı vaxtı ilə 6 iyul 07:19) 10 kilometr dərinlikdə baş verib.

Kaliforniya Yanğın Mühafizə xidmətinin məlumatına görə təbii fəlakət nəticəsində tikili və yollar dağılıb, bəzi binalarda çatlar əmələ gəlib, yaralılar var.

Qeyd edək ki, iyulun 4-də ərazidə 6,4 bal gücündə də zəlzələ baş verib. Bu zəlzələ son 25 ildə ən güclü zəlzələsi hesab edilib.

Müəllif: Ayna.az