Motosiklet sürücüsü sükan arxasında rəqs etdi - <font color=red> VİDEO</font>

Dünya

26.09.2019 - 23:57

Qadın sürücü motoskiletdə ayağa qalxıb və rəqs etməyə başlayıb

 

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə baş verib. AYNA xəbər verir ki, İstanbulun Kadıköy bölgəsində motoskilet sürən bir qadının təhlükəli davranışları anbaan kameralara yaxalanıb.

 

Belə ki, qadın sürücü motoskilet idarə edərkən təhlükəli rəqs etməyə başlayıb. Həm özünə, həm də ətrafdakılara təhlükə yaşadan sürücü bir müddət sonra gözdən itib. 

 

Hadisənin görüntüləri Kadıköyün Uzunçayır magistral yolunda qeydə alınıb. Motoskiletdə olan qadın təhlükəli hərəkətlər nümayiş etdirərək maşınların arasından keçməyə başlayıb.

 

Qadın sürücü daha sonra “15 iyul şəhidlər körpüsü”nə gedərək motoskiletdə ayağa qalxıb və rəqs etməyə başlayıb. Hadisə ərazidəki insanlar tərəfindən mobil telefonlar vasitəsi ilə lentə alınıb. 

Müəllif: Mərahim Nəsib