İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

Xəbərlər

13.11.2026 - 16:09

"2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemlərinin aradan qaldırılması planlaşdırılır"

"2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemlərinin aradan qaldırılması planlaşdırılır". AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

O vurğulayıb ki, 2026–2027-ci tədris ilində 53 məktəbdə tikinti-quraşdırma işləri aparılır: "35 modul məktəbin təhvil verilməsi planımız var. 11 məktəb artıq istifadəyə verilib. Hazırda Elm və Təhsil Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurda 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir”.

O bildirib ki, Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Füzuli və Xocavənddə yeni təhsil müəssisələrinin inşası və quruculuğu həyata keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş