Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub – VİDEO

Xəbərlər

08.11.2026 - 14:41

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentini qarşılayıb

Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

AYNA.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyənin və Azərbaycanın Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş