Ər-Riyad yaxınlığında iki raket məhv edilib

Dünya

08.11.2026 - 11:21

Husi üsyançıları tərəfindən atılan iki raket ələ keçirilərək məhv edilib

Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan iki raketin məhv edildiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən üsyançı hərəkatı “Ənsar Allah”dan olan husi üsyançıları tərəfindən atılan iki raketi ələ keçirərək məhv edib.

Əlavə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş