Türkiyə ikitərəfli hücuma məruz qalıb, şəhidlər var

Dünya

15.10.2019 - 15:05

Menbiçdə terror təşkilatı tərəfindən havadan edilən hücum nəticəsində bir türk əsgəri şəhid olub, 8-i isə yaralanıb

 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı növbəti günündə də uğurla davam edir. Dünəndən başlayaraq Türk ordusu Suriya Milli Ordusu (SMO) ilə bərabər Menbiç şəhərinə doğru irəliləməkdə davam edir.

 

AYNA xəbər verir ki, TSQ və SMO artıq Tal Abyad şəhərinin tərkibində olan Halil Yusuf kəndini, Tal Abyadın qərbindəki Mahra kəndini, həmçinin Rasul-Ayn sərhədindəki Menacir və Ahras kəndlərini PKK/YPG terrorçularından təmizləyib. 

 

Menbiçdə terror təşkilatı tərəfindən havadan edilən hücum nəticəsində bir türk əsgəri şəhid olub, 8-i isə yaralanıb.

 

Həmçinin terrorçuların atdığı raket nəticəsində Mardin şəhərinin Qızıltəpə qəsəbəsinin Talışca və Otluq məhəllələrində 2 yerli vətəndaş şəhid olub, 12-si isə yaralanıb. 

Müəllif: Ayna.az