Boris Conson Korbini ittiham edir

Dünya

06.11.2019 - 19:59

Həkimlər Klinikalar SEO Xidməti

Conson Korbini ölkənin inkişafına mane olmaqda günahlandırıb

 

Böyük Britaniyanın Baş Naziri Boris Conson mühafizəkarların lideri Korbini ittiham edib.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, Conson Korbini ölkənin inkişafına mane olmaqda günahlandırıb.

 

Conson bildirib ki, Korbinin dediklərinə əməl olunsa, “biznes məhdudlaşacaq, investisiyaların qarşısı alınacaq və ən pis halda Brexit cilovlanacaq”.

 

Korbin isə varlılar üçün vergi artımı ilə bağlı tədbirlərdə bir çox şirkətin yenidən milliləşdirilməsi, minimum əmək haqqının artırılması və orta iş vaxtının 32 saata endirilməsi ilə İngiltərənin ən sol proqramlarından birini təqdim edib.

Müəllif: Ayna.az