Yaponiyada fəlakət yaşanır

Dünya

28.08.2019 - 14:24

Hökumət 1,6 milyon insanın təhlükəsiz ərazilərə təxliyə edilməsini qərara alıb

 

Yaponiyada davam edən güclü yağışlar selə səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər dünyasını dəyişib.

 

Yaponiya Meteorologiya İdarəsi davam edən şiddətli yağış və torpaq sürüşməsi barədə əhaliyə xəbərdarlıq edib. Təxminən, 1,6 milyon insanın təhlükəsiz ərazilərə təxliyə edilməsi qərara alınıb.

 

Bundan əlavə, daşqınlar səbəbi ilə nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb.

Müəllif: Ayna.az