Bu ölkədə vətəndaşlıq almaq asanlaşır

Dünya

08.07.2019 - 18:10

Həkimlər Klinikalar SEO Xidməti

Qanun Milli Məclisin ali heyəti tərəfindən təsdiqləndikən sonra qüvvəyə minəcək

 

Misir hökuməti ölkəyə investisiya qoyan şəxslərə vətəndaşlıq verəcək. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Misir Milli Məclisi hökumətin ölkəyə investisiya qoyan şəxslərə vətəndaşlıq vermək haqqda təqdim etdiyi qanun layihəsini qəbul edib.

 

Yeni qanun layihəsinə görə, Misirdə daşınmaz əmlak alan, hər hansı biznes ideyasını həyata keçirən və ya Mərkəzi Bankda şəxsi hesab açıb ora pul köçürən istənilən şəxs vətəndaşlıq əldə edə bilər.

 

Qanun Milli Məclisin ali heyəti tərəfindən təsdiqləndikən sonra qüvvəyə minəcək.

 

Qeyd edək ki, bir çox millət vəkili qanun layihəsinin əleyhinə çıxıb. Onlar pul, mülk qarşılığında vətəndaşlıq satmağın ölkənin təhlükəsizliyi üçün böyük təhdid olduğunu vurğulayıblar. Milli Məclisin spikeri Əli Abdulal deputatlara bu qanunun məqsədinin ölkəyə sadəcə xarici sərmayə cəlb etməkdən ibarət olduğunu bildirib.

Müəllif: Ayna.az