Britaniyada dekabrın 12-də erkən seçkilər keçirilə bilər

Dünya

25.10.2019 - 02:54

Conson erkən seçkilərin keçirilməsi üçün üçdə iki səs çoxluğu əldə etməlidir

 

Britaniyanın Baş Naziri Boris Conson dekabrın 12-də erkən seçkilərin keçirilməsini istəyir. 

 

AYNA xəbər verir ki, o, parlament üzvlərinin erkən seçkilərə razı olduqları təqdirdə onlara “Brexit”lə bağlı anlaşmanı nəzərdən keçirmək üçün əlavə vaxt verəcəyini bildirib. O, Leyboristlər partiyasının lideri Ceremi Korbindən erkən seçkilərə dəstək verməsini istəyib. 

 

Qeyd edək ki, B.Conson erkən seçkilərin keçirilməsi üçün üçdə iki səs çoxluğu əldə etməlidir.

 

Müəllif: Ayna.az