Tramp: “Suriyada əməliyyat bitdi, atəşkəs elan edildi”

Dünya

23.10.2019 - 19:51

Həkimlər Klinikalar SEO Xidməti

Ağ Ev rəhbəri: “Kürdlər təhlükəsizlikdədir və bizimlə yaxşı əməkdaşlıq ediblər”

 

ABŞ Prezidenti Donald Tramp, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçi anlaşmasından sonra, “etibarlı bölgə” məsələsinə münasibət bildirib. AYNA xarici mətbuata sitnadən xəbər verir ki, Tramp bu barədə “Twitter” hesabında paylaşım edib.

 

“Türkiyə - Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub. Təhlükəsiz zona yaradılıb və atəşkəs elan edilib. Artıq əməliyyatlar da başa çatıb”, - Tramp yazıb.

 

“Kürdlər təhlükəsizlikdədir və bizimlə yaxşı əməkdaşlıq ediblər. Qaçan İŞİD məhkumları da həbs olunub. Daha ətraflı Ağ Evdə açıqlama verəcəm. Təşəkkürlər!”, - deyə Ağ Ev rəhbəri bildirib.

 

Qeyd edək ki, Putin və Ərdoğan Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması barədə bəyanat veriblər.

Müəllif: Ayna.az