Rus qırıcılarının hücumları davam edir

Dünya

22.08.2019 - 15:48

Bölgədə 5 humanitar işçi, 10 müdafiə zabiti, 11 təcili yardım əməkdaşı və 4 həkim dünyasını dəyişib

 

Bəşər Əsədə bağlı hərbçilər və Rusiya qırıcılarının hücumları nəticəsində Suriyanın İdlib şəhərində qanlı qarşıdurma yaşanır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildən bəri gərginlik zonasında 945 min 992 nəfər mülki şəxs köçkün vəziyyətinə düşüb.

 

Hücumların artması nəticəsində, bu günə qədər 11 kənd, 30 müdafiə mərkəzi, 66 xəstəxana, 106 məktəb, 18 bazar, 71 məscid, 2 su zavodu, 3 elektrik stansiyası yararsız hala düşüb.

 

Bu dövr ərzində 5 humanitar işçi, 10 müdafiə zabiti, 11 təcili yardım işçisi və 4 həkim dünyasını dəyişib.

 

Suriya İnsan Haqlar Təşkilatı, Əsəd rejimi və Rusiyanın təkcə 2019-cu ildə təşkil etdiyi hücumlar nəticəsində, İdlibdə 843 nəfər mülki şəxsin öldüyünü açıqlayıb.

Müəllif: Ayna.az