Tehran Vaşinqtonun əsəbləri ilə oynayır

Dünya

26.07.2019 - 17:58

“Bəsrə körfəzinin sahilində, Buşəhr əyalətində ikinci Atom Elektrik Stansiyası inşa ediləcək”

 

İran Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salihi, ikinci Atom Elektrik Stansiyasının (AES) inşa ediləcəyini deyib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Salihi yeni AES-in də Bəsrə körfəzinin sahilində, Buşəhr əyalətində tikiləcəyini açıqlayıb.

 

“Tikinti avqust ayının ortalarında başlayacaq. 6 il ərzində yeni AES istfadəyə tam hazır olacaq”, - deyə o vurğulayıb.

 

Salihi ikinci AES-in isitifadəyə verilməsindən sonra üçüncü AES üçün işlərə başlayacaqlarını bildirib. O, ABŞ-ın nüvə razılaşmasından çıxmasının ardından Britaniya və Çinlə bu sahədə əməkdaşlıqlarının yaxşılaşdığını söyləyib.

Müəllif: Ayna.az