Kremldən 3 mühüm bəyanat

Dünya

14.08.2019 - 16:20

Sentyabrda Ankarada Yaxın Şərqdəki əsas problemlərdən biri müzakirə olunacaq

 

Suriyada yeni konstitusiyanın hazırlanması üzrə komissiyanın yaradılması prosesi başa çatıb. Bununla əlaqədar cari ilin sentyabrında Ankarada Türkiyə, İran və Rusiya nümayəndə heyətləri arasında görüş keçiriləcək.

 

AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib. O, komissiyanın yaradılmasına bir addım qaldığını deyib.

 

Peskov Putinin avqustun 24-26-da Fransada baş tutacaq G7 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suallara da cavab verib: “Bu, Rusiyanın iştirak edə biləcəyi bir tədbir deyil”.

 

Kreml sözçüsü, həmçinin Rusiya raket sistemlərinin imkanlarından danışıb: “Bizim raket sistemləri, ABŞ-ın təbliğatına baxmayaraq, ən yaxşı müdafiə sistemidir. Prezident Putinin dediyi kimi, Rusiyanın raket sistemi digər raket sistemlərindən üstün və bənzərsizdir”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə