Tramp Suriyadakı əməliyyatlardan danışdı

Dünya

12.10.2019 - 12:10

Tramp Türkiyənin Suriyada apardığı əməliyyatlardan danışıb 

 

ABŞ Prezidenti Donald Tramp Türkiyə-Suriya mövzusunda jurnalistlərə açıqlama verib. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Tramp Türkiyəyə xəbərdarlıq etməkdən çəkinmədiyini bildirib.

 

“Türkiyə və kürdlər (YPG/PKK) əsrlərdir döyüşür. Biz isə artıq oradan çıxmışıq”, - Tramp qeyd edib.  

 

Tramp ABŞ-ın ən böyük iqtisadi güc olduğunu xatırladaraq, Türkiyəyə Suriya mövzusunda sanksiya tətbiq edə biləcəklərini də vurğulayıb: “Türkiyə ilə yaxşı əlaqəmiz var, onlar bizim NATO müttəfiqimizdir. Amma onların Suriyada insanları öldürməsini istəmirəm”.

 

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə