Türkiyə Kəşmir münaqişəsinə qoşulur

Dünya

24.10.2019 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Narendra Modi Türkiyəyə planlaşdırdığı səfərini ləğv edib

 

Hindistan ilə Türkiyə arasında Kəşmirlə bağlı yaranan qarşıdurma davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də Kəşmirlə bağlı açıqlama verməsi Hindistan rəhbərliyinin etirazına səbəb olub.

 

“Beynəlxalq təşkilatların diqqət yetirmədiyi problemlərdən biri də, 72 ildir ki, öz həllini tapmayan Kəşmir münaqişəsidir. Cənubi Asiyanın sabitliyini və rifahını Kəşmir məsələsindən ayırmaq olmaz. Hal-hazırda BMT Təhlükəsizlik Şurasının qətnaməsinə baxmayaraq, Kəşmir demək olar ki, mühasirədədir və təəssüf ki, 8 milyon insan Kəşmirdən kənara çıxa bilmir. Kəşmirlilər, qonşuları Pakistan və Hindistan ilə bilikdə münaqişə deyil, ədalət və etibarlı gələcək axtarmalıdırlar”, - deyə Türkiyə Prezidenti çıxışında vurğulayıb.

 

Ərdoğanın bu çıxışı Hindistanda böyük etirazlara səbəb olub. Bu baxımdan Hindistanın Baş Naziri Narendra Modi Türkiyəyə planlaşdırdığı səfərini ləğv edib.

Müəllif: Ayna.az