Tramp "Google" şirkətini seçkiləri manipulyasiya etməkdə ittiham edib

Dünya

20.08.2019 - 09:17

"Bunu Trampın yox, Klintonun tərəfdarı dərc edir!"

 

ABŞ prezidenti Donald Tramp "Google" şirkətini 2016-cı ildə keçirilən seçkilərdə manipulyasiya etməkdə ittiham edib. AYNA Trend-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp öz "Twitter" hesabında yazıb.

 

ABŞ prezidenti bildirib: "İndicə hesabat çıxdı! 2016-cı ildə keçirilən seçkilərdə "Google" manipulyasiya yolu ilə Hillari Klintona 2,6 milyondan 16 milyona qədər səs əlavə edib! Bunu Trampın yox, Klintonun tərəfdarı dərc edir! "Google" şirkətini məhkəməyə vermək lazımdır. Mənim qələbəm düşünüldüyündəndə böyük olub!".

Müəllif: Ayna.az