Müsəlman ölkəsində terror aktı törədilib

Dünya

14.08.2019 - 14:38

Hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər ağır yaralanıb

 

Əfqanıstanın Vardak əyalətində partlayış baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

 

Hadisənin terror aktı olduğu ehtimal edilir. Əyalətin qubernatoru jurnalistlərə verdiyi açıqlamada hadisənin yol kənarındakı avtomobilin partlaması nəticəsində yaşandığını bildirib.

 

Hələlik hadisənin məsuliyyətini heç bir terror təşkilatı üzərinə götürməyib.

Müəllif: Ayna.az