Avropa İttifaqından İrana nüvə xəbərdarlığı

Dünya

06.09.2019 - 19:47

 

İranın nüvə müqaviləsi ilə bağlı öhdəliklərini bir kənara qoyduğunu açıqladıqdan sonra Avropa İttifaqı Tehran rəhbərliyini müqavilənin öhdəliklərini yerinə yetirməyə çağırıb.

 

Aİ-nin sözçüsü Maja Kocijancic İranın nüvə müqaviləsi ilə bağlı öhdəliklərini bir kənara qoyduqlarının və bu sahədə ölkənin ehtiyacı olan addımları atacaqlarına yönəlik bəyanatını böyük narahatlıqla qarşıladıqlarını bildirib.


 
"Aİ İranın nüvə müqaviləsinə dair öhdəliklərini tam olaraq yerinə yetirməyənə qədər müqaviləyə olan bağlılığını davam etdirəcəyini açıq və ardıcıl şəkildə ifadə edib", - deyən Kocijancic İttifaqın Beynəlxalq Atom Enerjisi Qurumu (IAEA) ilə bu istiqamətdəki prosesləri izlədiyini vurğulayıb.


 
Kocijancic qeyd edib ki, "İranı nüvə müqaviləsinə dair bütün öhdəliklərini yerinə yetirməyə dəvət edirik". 


 
Aİ-nin İranın nüvə razılaşmasını qorumaq üçün bəzi addımlar atdığına diqqət çəkən Kocijancic, bu çərçivədə İrana qarşı ABŞ sanksiyalarını dəf etməyi planlaşdıran xüsusi məqsədli kommersiya mexanizmin qurulduğunu da xatırladıb.

Müəllif: Ayna.az