Fransa hökuməti Ruhani ilə bağlı iddiaları təkzib etdi

Dünya

07.08.2019 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Makronun İran prezidenti Həsən Ruhaniyə heç bir dəvət göndərmədiyi qeyd olunub

 

Fransa İranın bu ayın sonunda G7 zirvəsinə dəvət olunduğunu təkzib edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, fransalı diplomatların verdiyi açıqlamada Emmanuel Makronun İran prezidenti Həsən Ruhaniyə heç bir dəvət göndərmədiyi qeyd olunub.

 

Fransanın yerli mətbuatları bundan əvvəl Makronun Donald Tramp ilə görüşməsi üçün Ruhanini G7 sammitinə dəvət etdiyini irəli sürmüşdü.

 

Ruhani keçən həftə Fransa ilə imzalanacaq nüvə sazişinin danşıqlarına açıq olduğunu bildirsə də, ABŞ birtərəfli qaydada geri çəkildiyini, lakin ən pis ssenariyə də hazır olduqlarını bildirmişdi.

Müəllif: Ayna.az